“Sabah”ın yay hazırlıq planı bilindi

“Sabah” klubunun yay təlim-məşq toplanışı üçün planı bəlli olub.

Bu barədə Komanda.az-a Bakı klubunun mətbuat xidmətindən məlumat verilib.

Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda yeni mövsümün hazırlıqlarına iyunun 17-də başlayacaq. Avstriyanın Tirol bölgəsində baş tutacaq toplanış iyulun 3-dək davam edəcək.

Hazırlıq çərçivəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button