“Barselona” 50 milyon avroluq transferdən vaz keçib

“Barselona” yay transfer dövründə müdafiənin sol cinahını gücləndirməyi planlaşdırır.

Kataloniya klubunun “Yuventus”un müdafiəçisi Andrea Kambiaso ilə maraqlandığı bildirilsə də, futbolçu hazırda klubun əsas hədəfi hesab olunmur.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, buna səbəb 26 yaşlı oyunçunun yüksək transfer qiymətidir. Qarşı tərəf italiyalı futbolçu üçün təxminən 50 milyon avro tələb edir.

“Barselona”nın əsas prioriteti Joao Kanselo olaraq qalır. Klub portuqaliyalı futbolçunun transfer hüquqlarını “Əl-Hilal”dan almağa çalışır.

32 yaşlı müdafiəçi ötən mövsümün ikinci yarısında icarə əsasında “Barselona”nın formasını geyinib. Oyunçu özü də karyerasını Kataloniya klubunda davam etdirməkdə maraqlıdır. Ancaq hələlik “Əl-Hilal”la yekun razılıq əldə edilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button