A Seriyasında mövsümün ən yaxşıları açıqlandı
İtaliya A Seriyasında 2019/20 mövsümünün ən dəyərli futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, “Yuventus”un hücumçusu Paulo Dibala ötən çempionatın ən yaxşısı seçilib.
Argentinalı forvard meydana çıxdığı 33 matçda vurduğu 11 qol və eyni sayda məhsuldar ötürmə ilə komandasının çempionluğunda yaxından iştirak edib.
Dibalanın komanda yoldaşı Voyçex Şensnı mövsümün ən yaxşı qapıçısı seçilib. Ən yaxşı müdafiəçi “İnter”li Stefan De Vrey, ən yaxşı yarımmüdafiəçi “Atalanta”lı Alexandro Qomes, ən yaxşı hücumçu “Latsio”lu Çiro İmmobile, ən yaxşı gənc futbolçu isə “Parma”lı Deyan Kuluşevski elan olunub.
Adıçəkilən oyunçuların mükafatlarını 2020/21 mövsümünün startı zamanı alacağı diqqətə çatdırılıb.
Ən yaxşı qapıçı: Voyçex Şensnı (Yuventus)
Ən yaxşı müdafiəçi: Stefan De Vrey (İnter)
Ən yaxşı yarımmüdafiəçi: Alexandro Qomes (Atalanta)
Ən yaxşı hücumçu: Çiro İmmobile (Latsio)
Ən yaxşı gənc futbolçu: Deyan Kuluşevski (Parma)
Ən yaxşı futbolçu: Paulo Dibala (Yuventus)
Bizi Facebook-da izləyin