“Avropanın ən yaxşı komandalarından birinə qarşı oynadıq” – Sarri
“Yuventus”un baş məşqçisi Mauritsio Sarri A Seriyasının 32-ci turunda “Atalanta” ilə qollu bərabərə qaldıqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, İtaliya mətbuatına danışan Sarri, 2:2 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
“Avropanın ən yaxşı komandalarından birinə qarşı oynadıq. Aqresiv idilər və yaxşı təşkilatlanmışdılar. Onlara qarşı oynamaq çətin idi, bizə boş yer buraxmırdılar. İlk hissədə rəqibdən zəif olduq, lakin ikinci hissədə qayıda bildik. “Atalanta” ardıcıl 9 oyun idi ki, qələbə qazanırdı. Komanda bir az təlaş içində idi. Qarşılaşma hücumçularımız üçün də çətin oldu”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin