“Fənərbaxça”da yeni müqavilə
Türkiyənin “Fənərbaxça” klubu müdafiəçisi Simon Falette ilə müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Dövrələrarası fasilə zamanı Almaniyanın “Ayntraxt” klubundan 6 aylıq icarəyə götürülən 28 yaşlı futbolçu ilə sözləşmə ən azı bu mövsüm başa çatana qədər qüvvədə olacaq. Koronavirus pandemiyası ilə əlaqədar FİFA-nın tövsiyyələrinə uyğun olacaq, müqaviləsinin müddəti iyunun sonuna kimi olan oyunçuların sözləşmələri mövsümün faktiki bitdiyi günə kimi qüvvədə qala bilər. “Fənərbaxça” da bu şansdan yararlanaraq, “Ayntraxt”ın oyunçusunu saxlamağa qərar verib. Artıq Almaniya klubu da futbolçusunun Super Liqa təmsilçisində qalmasına razılıq verib.
Qeyd edək ki, Falette bu mövsüm Super Liqa və Türkiyə kuboku çərçivəsində “Fənərbaxça”da 8 oyuna çıxıb.
Bizi Facebook-da izləyin