İspaniyada 5 futbolçuda koronavirus aşkarlandı – RƏSMİ

İspaniyada La Liqa və Sequndada 2019/20 mövsümünün bərpasına hazırlıq getdiyi bir vaxtda 5 futbolçuda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.

Həmin futbolçuların adları açıqlanmır. Amma İspaniya mətbuatı daha öncə “Atletiko”nun braziliyalı müdafiəçisi Renan Lodinin, “Real Sosyedad”dan Aleks Remironun və “Qranada”dan Yanxel Erreranın koronavirusa yoluxduğunu yazmışdı.

La Liqadan verilən məlumata görə, test nəticəsi müsbət çıxan futbolçular xüsusi nəzarətə götürülüb. Onlar bundan sonra ardıcıl iki testi mənfi çıxana qədər məşqlərə və oyunlara buraxılmayacaqlar.

Qeyd edək ki, İspaniyada iyun ayından çempionatların bərpa olunması gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button