“Barselona”nın 80 milyon+3 futbolçu təklifi rədd edildi
“Barselona” “İnter”in futbolçusu Lautaro Martines üçün ilk təklifini göndərib.
Komanda.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Xəbərdə, “Barsa”nın 22 yaşlı hücumçu üçün 80 milyon avro+Nelson Semedo, Junior Firpo və Jan-Kler Todibonu təklif etdiyi bildirilib. “İnter” kataloniyalıların bu təklifini rədd edib.
“Neradzurra” Martines üçün “Barselona”dan azı 111 milyon avro tələb edir.
“İnter” Martinesi daha bir il komandada saxlayıb, dəyərini daha da yüksəltdikdən sonra satmaq niyyətindədir. Argentinalı futbolçunun “İnter”lə müqaviləsi 2023-cü ilin iyununadək nəzərdə tutulur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin