Neymardan 100 milyon avroya “yox” cavabı

PSJ-nin hücumçusu Neymar klubun yeni müqavilə təklifindən imtina edib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu, braziliyalı futbolçuya 100 milyon avro mükafatla yeni müqavilə təklif edib. Lakin “Barselona”ya keçmək istədiyi deyilən Neymar bu təklifdən imtina edib. Neymarın Kataloniya klubuna keçmək üçün məvacibinin yarısından imtina etdiyi də bildirilir.

Neymarın PSJ ilə müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button