“Barselona”nın futbolçusundan “İnter”lə bağlı açıqlama
“Barselona”nın futbolçusu Artur “İnter”ə transfer olunacağıyla bağlı çıxan xəbərlər haqda açıqlama verib.
Komanda.az xəbər verir ki, “La Gazetta dello Sport” nəşrinə danışan 23 yaşlı yarımmüdafiəçi, haqqında çıxan xəbərləri yalanlayıb:
“İstənilən futbolçunun adının “İnter” kimi böyük bir klubla hallanması qürurvericidir. Ancaq hazırda bütün diqqətim “Barselona”dadır. Burada özümü rahat hiss edirəm və uzun müddət “Barselona”nın formasını geyinmək istəyirəm”.
“Barselona” ilə 2024-cü ilə qədər müqaviləsi olan Arturun yayda komandadan ayrılacağı iddia olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin