A Seriyasının bərpası üçün yeni plan

İtaliya A Seriyasında oyunlar 2021-ci ilin martına qədər azarkeşsiz keçiriləcək.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Xəbərdə, İtaliya Futbol Federasiyasının ölkədə futbol yarışlarını bərpa etmək üçün artıq bir plan hazırladığı bildirilib.

İtaliyada mayın 4-dən məşqlərin, 30-31-də isə A Seriyasının bərpası nəzərdən keçirilir.

Azarkeşlər isə yalnız bütün sərhədlərin açılacağı təqdirdə və məhdudiyyətlər aradan qaldırıldıqda stadionlara gələ biləcək. Bunun da növbəti ilin yazına qədər çəkəcəyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button