“Qarşıda görəcəyimiz çox iş var” – Nazarov
Almaniyanın “Ersgebirge” klubunda forma geyinən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov 2-ci Bundesliqada “Holştayn”a məğlub olduqları matçdan sonra fikirlərini bildirib.
Komanda.az “tag24.de” saytına istinadən xəbər verir ki, görüşdə Aue təmsilçisinin yeganə qolunu vuran yarımmüdafiəçi matçla bağlı bunları deyib:
“İlk hissədə şanslarımız oldu. Ancaq əlimizə düşən imkanlardan yararlana bilmirik. Rəqib gəldi və ilk qolu vurdu. Məni məyus edən 2-ci qol oldu. Hesabı bərabərləşdirmək istəsək də, alınmadı. Qarşıda görəcəyimiz çox iş var”.
22 turdan sonra 30 xala malik “Ersgebirge” 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin