Fransa klubunda prezident dəyişikliyi

Fransanın “Renn” klubunun prezidenti Olivye Letanq postundan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 47 yaşlı funksioner 2017-ci ildən “Renn”in prezidenti idi.

Prezidentin səlahiyyətlərini müvəqqəti olaraq klubun idarə heyətinin sədri Jak Delano yerinə yetirəcək.

“Renn” hazırda Liqa 1-də 4-cü sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button