Mbappe: “Məqsədim adımı “Real”ın tarixinə yazdırmaqdır”

“Real”ın hücumçusu Kilian Mbappe komandadakı əsas hədəfindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı forvard “kral klubu”nda çıxış etməkdən qürur duyduğunu və adını klubun tarixinə yazmaq istədiyini bildirib:

“Real”da oynadığım üçün çox xoşbəxt və qürurluyam. Məqsədim adımı bu klubun tarixinə yazdırmaqdır. Futbolçu dünyanın ən böyük klubunda bunu bacarırsa, deməli, o, futbol tarixində də xüsusi yer tutur”.

Fransa millisinin kapitanı 2024-cü ilin yayında PSJ-dən ayrılaraq azad agent kimi “Real”a qoşulub. Tərəflər arasında imzalanan müqavilənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Mbappe indiyədək Madrid təmsilçisinin heyətində 103 oyuna çıxıb, 86 qol vurub və 12 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button