“Neftçi”nin futbolçusu millidən uzaqlaşdırıldı – Siqaret çəkdiyinə görə
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçuları Elnur Hüseynov (“Neftçi”, qapıçı) və Vüsal Şabanov (“Zaqatala”, qapıçı) yığmanın heyətindən kənarlaşdırılıb.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Hər iki futbolçu nizam-intizam qaydalarını pozduqlarına görə (siqaret çəkdikləri üçün) komandanın heyətindən kənarlaşdırılıblar.
Hər iki futbolçunun intizamsız davranışı barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin