“Qarabağ”dan 5-ci gündə 2 məşq
“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir.
Komanda.az xəbər verir ki, hazırlığın beşinci günü iki məşqlə geridə qalıb.
Günün ilk məşqi yerli vaxtla saat 11:30-da start götürüb və təxminən 1 saat davam edib. Futbolçular hazırlıq prosesində fiziki təmrinləri yerinə yetirib.
Günün ikinci məşqi isə yerli vaxtla saat 17:30-da start götürüb və təxminən bir saat yarım davam edib. Hazırlıqda fiziki çalışmalara üstünlük verilib. Sonda isə toplu çalışmalarla məşqə yekun vurulub.
“Qarabağ” yanvarın 17-də bir məşqlə kifayətlənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin