“Yuventus” 35 milyon avroluq futbolçunu tibbi müayinədən keçirdi
“Yuventus”un “Atalanta”nın futbolçusu Deyan Kuluşevskini transfer etmək istədiyini xəbər vermişdik.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora” bu gün 19 yaşlı futbolçunu tibbi müayinədən keçirib. Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
“Yuventus” Kluşevski üçün “Atalanta”ya 35 milyon avro ödəyəcək. İsveçli futbolçunun illik 2,5 milyon avro qazanması şərti ilə 5 illik müqavilənin imzalanacağı bildirilir. Futbolçu mövsümün sonuna qədər icarə əsasında “Parma”da oynamağa davam edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin