Paytaxt klubu yeni məşqçilər korpusunu açıqladı

İngiltərənin “Arsenal” klubunun yeni baş məşqçisi Mikel Artetanın bütün köməkçiləri müəyyənləşib.

Komanda.az xəbər verir ki, ispaniyalı mütəxəssisə London təmsilçisində Fredrik Lunqberq, Albert Steyvenberq, Stiv Raund və İnyaki Kanya Pavon yardım edəcək.

Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Lunqberq bir müddət əvvəl istefaya göndərilən Unay Emerinin də köməkçilərindən biri idi. Steyvenberq hazırda Uels yığmasında da köməkçi-məşqçi kimi fəaliyyət göstərir. Raund daha öncə “Midlsbro”, “Nyukasl”, “Everton” və “Mançester Yunayted” klublarında çalışıb. Pavon isə qapıçılarla iş üzrə məşqçi olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button