“Klub prezidenti mənə nə desə, ona inanıram”

İtaliya A Seriyasının 15-ci turu çərçivəsində “Udineze” ilə 1:1 hesablı bərabərliyə razılaşan “Napoli”nin baş məşqçisi Karlo Ançelotti açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis, klubla yollarını ayıracağı və Neapol təmsilçisinə Cennaro Qattuzonun baş məşqçi təyin olunacağı ilə bağlı iddialara cavab verib:

“Qattuzo mənim qardaşımdır. Bu iddiaların düzgün olub-olmadığını ondan soruşmamışam, çünki klub prezidenti mənə nə desə, ona inanıram. Prezident də mənə inandığını deyib”.

Bir müddət əvvəl İtaliya mətbuatında yayılan xəbərlərə görə, “Napoli”nin prezidenti Auerelio de Laurentis Çempionlar Liqasında “Genk”lə oyundan sonra Ançelottini göndərəcək və onun yerinə Qattuzonu gətirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button