Mançini İtaliya millisinin tarixinə düşdü

İtaliya milli komandası AÇ-2020-nin seçmə mərhələsində Bosniya və Herseqovina yığmasını məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 3:0 hesabıyla bitən görüş italyanların baş məşqçisi Roberto Mançini üçün əlamətdar olub. Belə ki, Mançini İtaliya milli komandası ilə ardıcıl 10 oyun qələbə qazanan ilk baş məşqçi kimi tarixə düşüb.

Bundan əvvəlki rekord Vittorio Pozzoya aid idi. Pozzo İtaliya millisi ilə ardıcıl 9 oyunda qələbə qazanmışdı.

İtaliya millisi AÇ-2020-nin seçmə mərhələsinin J qrupunda keçirdiyi 9 oyunda 9 qələbə qazanaraq, mundialın əsas mərhələsinə vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button