Almaniya kubokunda bütün 1/8 finalçılar müəyyənləşdi

Futbol üzrə Almaniya kubokunda 1/16 final mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

Rəqibləri üzərində qələbəyə sevinən “Saarbrukken”, “Ştuttqart”, “Hoffenhaym”, “Yunion Berlin”, “Bavariya”, “Bayer” və “Şalke” klubları növbəti mərhələyə vəsiqə qazanıb.

Sonuncu oyun günündə də 8 görüş keçirilib. Rəqiblərindən daha üstün olan “Kayzerslautern”, “Verl”, “Leyptsiq”, “Verder”, “Borussiya” (Dortmund), “Ayntraxt”, “Fortuna” və “Herta” növbəti mərhələyə vəsiqə qazanıb.

Almaniya kuboku, 1/16 final

29 oktyabr

Saarbrukken – Köln 3:2

Hamburq – Ştuttqart 1:2

Duysburq – Hoffenhaym 0:2

Frayburq – Yunion Berlin 1:3

Boxum – Bavariya 1:2

Bayer – Paderborn 1:0

Arminiya (Bielefeld) – Şalke 2:3

Darmştadt – Karlsrue 0:1

30 oktyabr

Kayserslautern – Nürnberq 2:2 (penaltilər 6:5)

Verl – Holştayn Kil 1:1 (penaltilər 8:7)

Volfsburq – Leyptsiq 1:6

Verder – Haydenhaym 4:1

Borussiya (Dortmund) – Borussiya (Münhenqladbax) 2:1

Sankt Pauli – Ayntraxt 1:2

Fortuna – Ersgebirge 2:1

Herta – Dinamo (Drezden) 2:2 (penaltilər 5:4)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button