AFFA Təmkin Xəlilzadənin cəzasını açıqladı
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:
Premyer Liqanın 8-ci turunun “Qəbələ” – “Qarabağ” matçında “Qəbələ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Premyer Liqanın 8-ci turunun “Keşlə” – “Sabah” matçı başa çatdıqdan sonra “Sabah” klubunun futbolçusu Təmkin Xəlilzadə hakimə fiziki təsir göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur.
Futbolçuya verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilir və 3 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə, sanksiyanın növbəti hissəsi qüvvəyə minəcəkdir.
Oyunun 90+3-cü dəqiqəsində “Sabah” klubunun futbolçusu Filip İvanoviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Premyer Liqanın 8-ci turunun “Səbail” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Premyer Liqanın 8-ci turunun “Neftçi” – “Zirə” matçında “Zirə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Birinci divizionun 7-ci turunun “Kəpəz” – “Qarabağ-2” matçında “Qarabağ-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Oyunun 83-cü dəqiqəsində “Qarabağ-2” klubunun futbolçusu Zamiq Əliyev təhqiredici ifadələr işlətdiyinə üçün 3 oyun cəzalanır, klub 160 manat cərimə olunur.
Birinci divizionun 7-ci turunun “Neftçi-2” – “Zaqatala” matçında xərək daşıyan uşaqların sayı əsasnaməyə uyğun olmamasına görə meydan sahibi klub 80 manat cərimə olunur.
Birinci divizionun 7-ci turunun “Keşlə” – “Ağsu” matçının 56-cı dəqiqəsində “Keşlə” klubunun futbolçusu Asif Vəliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Birinci divizionun 7-ci turunun MOİK – “Sabah” matçında MOİK komandası oyunun video çəkilişini aparmadığına görə klub 80 manat cərimə olunur.
Təhlükəsizlik xidmətinin oyunöncəsi iclasda iştirak etməməsinə görə meydan sahibi klub 80 manat cərimə olunur.
Birinci divizionun 7-ci turunun “Sumqayıt-2” – “Turan Tovuz” matçında “Sumqayıt-2” klubunun 4, “Turan Tovuz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.
Oyunun 55-ci dəqiqəsində “Sumqayıt-2” klubunun futbolçusu Nahid Zülfüqarov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Oyunun 78-ci dəqiqəsində “Turan Tovuz” klubunun masajçısı Aydın Yusifov ikinci sarı vərəqə alaraq texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur.
Təhlükəsizlik xidmətinin iclasda iştirak etməməsinə görə meydan sahibi klub 80 manat cərimə olunur.
Bizi Facebook-da izləyin