Rudi Qarsiya rəsmən “Lion”da
Fransanın “Lion” klubunun yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisinin “sükan”ı Rudi Qarsiyaya tapşırılıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma tərəflər arasında imzalanan müqavilənin müddəti açıqlanmayıb. Fransa mətbuatı isə 55 yaşlı mütəxəssisin 2 illik müqaviləyə imza atdığını yazıb.
Baş məşqçi karyerası ərzində “Sent Etyen”, “Lill”, “Roma” kimi komandaları çalışdıran Qarsiyanın son iş yeri “Marsel” olub.
Cari mövsümdə keçirdiyi 11 rəsmi oyundan cəmi 3-də qələbə qazanan, son 7 çempionat oyununda qələbəyə həsrət qalan “Lion”da bir müddət əvvəl baş məşqçi Silvinyo istefaya göndərilmişdi. Sözügedən komanda hazırda 12 xalla 14-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin