“Barselona” onu satmağı planlaşdırır

“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado yay transfer dövründə satıla bilər.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, baş məşqçi Hans-Diter Flik ispaniyalı futbolçunu start heyətində görmür, ona görə də, klub onunla ayrılmağı düşünür. Kataloniya klubu yarımmüdafiəçini satmağa hazırdır, lakin onun üçün ən azı 20 milyon avro tələb edəcək.

Kasado 2025/26 mövsümdə 34 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. Onun Kataloniya klubu ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. “Transfermarkt” oyunçunun dəyərini 20 milyon avro olaraq qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button