Deşamla bağlı qərar verildi

Fransa Futbol Federasiyası milli komandanın baş məşqçisi Didye Deşamla bağlı qərarını verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, federasiya 50 yaşlı mütəxəssislə yeni müqavilə imzalamaq qərarına gəlib. Federasiya rəhbərliyinin ona 2 illik yeni müqavilə təklif edəcəyi bildirilir.

Fransalı mütəxəssisin də yeni müqavilə təklifinə müsbət yanaşdığı deyilir.

2012-ci ildən yığmada çalışan Deşamın rəhbərliyi altında Fransa millisi DÇ-2018-in qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button