
“Komo”dan Çaloba üçün yeni təklif
“Komo” “Çelsi”nin müdafiəçisi Trevo Çalobanın transferi üçün yeni təklif göndərib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi londonlulara 25 milyon avro sabit məbləğ, əlavə olaraq isə 5 milyon avro bonus təklif edib. Bildirilir ki, bonusların şərtləri asanlıqla yerinə yetirilə biləndir. Bu səbəbdən, transferin ümumi dəyərinin 30 milyon avroya çatacağı demək olar ki, dəqiq hesab olunur.
Hazırda tərəflər arasında danışıqlar davam edir. Xəbərdə qeyd olunur ki, Çalobanın özü də karyerasını “Komo”da davam etdirməkdə maraqlıdır.
Syerra-Leonedə anadan olan və İngiltərə milli komandasının formasını geyinən 27 yaşlı müdafiəçi ötən mövsüm klub səviyyəsində 47 oyunda iştirak edib, 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



