
DÇ-2026: Argentina prezidentinin gödəkçə inancı
Argentina prezidenti Xavyer Miley 2026-cı il dünya çempionatının final oyununu harada izləyəcəyini açıqlayıb.
Argentina millisi finalda İspaniya yığması ilə qarşılaşacaq.
Komanda.az “Radio Mitre”-yə istinadən xəbər verir ki, ölkə rəhbəri həlledici oyunu da əvvəlki matçlar kimi, Olivosdakı prezident iqamətgahından izləyəcəyini bildirib:
“Matçlara yenə Olivosdan baxacağıq. Bütün oyunları orada izləmişəm. Neft şirkətlərindən birinin gödəkçəsini geyinirəm. Hava isti olduğuna görə bir dəfə onu çıxardım və həmin anda komandamız qol buraxdı. Buna görə də, o gündən sonra həmin gödəkçəni bir daha çıxarmadım”.
İspaniya və Argentina milliləri arasında final matçı iyulun 19-da keçiriləcək. Qarşılaşmanın start fiti saat 23:00-da səslənəcək.
Bizi Facebook-da izləyin



