
“Roma” “Real”ın hücumçusunu icarəyə götürmək istəyir
“Real”ın hücumçusu Endrik yenidən icarəyə göndərilə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Roma” 19 yaşlı futbolçunun icarəsi ilə bağlı danışıqlarda ciddi irəliləyiş əldə edib. Bildirilir ki, paytaxt təmsilçisi Endriki birdəfəlik transfer etmək yox, məhz icarəyə götürmək variantına üstünlük verir.
Braziliyalı hücumçu ötən mövsümün ikinci hissəsini “Lion”da icarə əsasında keçirib.
“Real” Endriki 2024-cü ildə Braziliyanın “Palmeyras” klubundan təxminən 50 milyon avro qarşılığında transfer edib. O, Madrid təmsilçisinin heyətində indiyədək 40 oyunda meydana çıxıb, 7 qol vurub və 1 məhsuldar ötürmə verib.
Endrikin “Real”la müqaviləsinin müddəti 2030-cu ilin iyununa qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



