
“Qarabağ”la “Zirə”nin qələbəsi xal üstünə xal gətirdi
Avropa Liqası və Konfransı Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunlarından sonra ölkələrin UEFA reytiqindəki cədvəli yeniləyib.
Komanda.az xəbər verir ki, “Qarabağ”ın İslandiyanın “Vestri” (3:0, ilk oyun 3:0), “Zirə”nin isə Gürcüstanın “Torpedo” (3:0, ilk oyun 3:0) komandaları üzərində qələbələri Azərbaycanın xalına daha 0,500 xal əlavə edib.
Hazırda Azərbaycan reytinqdə 20.062 xalla 26-cı yerdədir. İsrail (20,750) Azərbaycanı bir pillə qabaqlayır. Slovakiya (18,500) isə Azərbaycandan sonrakı pillədədir.
Azərbaycan Avropa mövsümünə 18.562 xalla başlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



