Braziliyalı hücumçu “Arsenal”ı “Mançester Yunayted”ə dəyişə bilər

“Arsenal”ın hücumçusu Qabriel Martinelli bu yay komandanı tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular” braziliyalı futbolçunu satmağa hazırdır.

24 yaşlı hücumçunun transferində əsas maraqlı olan klub “Mançester Yunayted”dir. “Qırmızı şeytanlar”ın yaxın vaxtlarda “Arsenal”a rəsmi təklif göndərə biləcəyi bildirilir.

Martinelli 2019-cu ildə Braziliyanın “İtuano” klubundan 7 milyon avro qarşılığında “Arsenal”a transfer olunub. Onun London təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Braziliyalı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 53 oyuna çıxaraq, 11 qol vurub və 7 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun dəyərini 45 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button