“Barselona” De Yonqa görə tələsmir

“Barselona” ciddi zədə alan yarımmüdafiəçi Frenki de Yonqun yoxluğuna baxmayaraq, hələlik yeni transfer etməyi planlaşdırmır.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Kataloniya klubu təxminən dörd ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilən niderlandlı futbolçunun əvəzini transfer bazarında axtarmağa tələsmir.

Hətta Mark Kasado komandadan ayrılsa belə, baş məşqçi Hans-Diter Flik mövsümöncəsi hazırlıq dönəmində gənc futbolçular Tommi Markes, Gilye Fernandes və Brayan Farinyasa şans verəcək.

Yalnız yay transfer pəncərəsinin sonuna yaxın, həmin oyunçular özlərini doğrultmasalar, “Barselona” rəhbərliyi yarımmüdafiə xəttini gücləndirmək variantını nəzərdən keçirəcək.

“Barselona” ötən mövsüm İspaniya çempionu olub. Kataloniya təmsilçisi UEFA Çempionlar Liqasında 1/4 finala, İspaniya kubokunda isə yarımfinala qədər irəliləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button