
Azərbaycanın voleybol klublarının avrokuboklardakı rəqibləri məlum oldu
Azərbaycanın voleybol klublarının avrokuboklardakı rəqibləri məlum olub.
Komanda.az xəbər verir ki, qadınlardan ibarət “Turan” komandası Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Xorvatiyanın “Mladost” kollektivi ilə üz-üzə gələcək.
İlk qarşılaşma 20-22 oktyabrda evdə, cavab matçı 27-29 oktyabrda səfərdə baş tutacaq.
Kişilərdən ibarət “Xilasedici” klubu Çempionlar Liqasında Portuqaliya təmsilçisi “Sportinq”lə görüşəcək. İlk matçlar 2-5, cavab qarşılaşmaları 10-12 noyabrda gerçəkləşəcək.
Qadınlardan ibarət “DH Volley” komandası Çağırış Kubokunun 1/32 finalında “Holte” (Danimarka) ilə üz-üzə gələcək. İlk oyun 27-29 oktyabrda evdə, cavab oyunu 3-5 noyabrda səfərdə keçiriləcək.
Kişilər arasında Çağırış Kubokunda “Ordu” uğur qazanmağa çalışacaq. Komandanın rəqibi Norveçin “Ferde” klubu olacaq. “Hərbçilər” ilk görüşü 10-12 noyabrda evdə, cavab matçını 17-19 noyabrda səfərdə keçiriləcək.
Bizi Facebook-da izləyin



