
Konte: “Keyn fantastik futbolçudur”
“Tottenhem”in sabiq baş məşqçisi Antonio Konte, “Bayern”in və İngiltərə millisinin hücumçusu Harri Keyn haqqında açıqlama verib.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis, Keynin təkcə cərimə meydançasında deyil, həm də “10 nömrə” mövqeyində yüksək səviyyədə çıxış edə bildiyini söyləyib:
“Keyn əla hücumçudur, amma o, “10 nömrə” mövqeyində də oynaya bilər. Meydanda necə hərəkət etməli olduğunu çox yaxşı bilir. Fantastik futbolçudur, yüksək keyfiyyətlərə və mükəmməl texnikaya malikdir. Keyn əsl liderdir. Komanda yoldaşları həmişə onu meydanda axtarırlar və o da onları heç vaxt yarı yolda qoymur”.
Harri Keyn ötən mövsüm “Bayern”in heyətində keçirdiyi 51 oyunda 61 qol vurub və 7 məhsuldar ötürmə verib.
33 yaşlı hücumçu 2026-cı il dünya çempionatında da məhsuldar çıxış edir. O, İngiltərə millisinin heyətində iştirak etdiyi bütün 6 matçda meydana çıxaraq, 6 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub. Onun komandası bu gün mundialın yarımfinalında Argentina millisi ilə qarşılaşacaq. Matçın start fiti saat 23:00-da səslənəcək.
Bizi Facebook-da izləyin



