“Sumqayıt”ın hazırlıq planı açıqlandı

“Sumqayıt” FK bu gündən etibarən 2026/27 mövsümünün hazırlıqlarına start verib.

Komanda.az xəbər verir ki, İyulun 24-dək məşqlərini “SOCAR Polymer Arena”da keçirəcək komanda ayın 25-də Qəbələyə yola düşərək hazırlıqların ikinci mərhələsini burada davam etdirəcək.

Avqustun 8-dək baş tutacaq təlim-məşq toplanışı müddətində 4 yoxlama görüşü nəzərdə tutulub. “Kimyaçılar” iyulun 26-da “Kəpəz”, 30-da “Şamaxı”, avqustun 3-də “İmişli”, 7-də isə Qətərin “Əl-Xaraitiyat” komandaları ilə qarşılaşacaq

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button