
DÇ-2026: “Bilirəm ki, İspaniya ilə oyunda favorit biz olmayacağıq”
Portuqaliya millisinin baş məşqçisi Roberto Martines 2026-cı il dünya çempionatının 1/8 finalında İspaniya yığmasına qarşı keçirəcəkləri oyunla bağlı gözləntilərini bölüşüb.
Komanda.az xəbər verir ki, ispaniyalı mütəxəssis mətbuat konfransında rəqibin psixoloji üstünlüyə malik olduğunu desə də, komandasına inandığını vurğulayıb:
“Bilirəm ki, İspaniya ilə oyunda favorit biz olmayacağıq. Çünki daha əvvəl dünya çempionu olmuş komandalar psixoloji baxımdan üstünlüyə malik olurlar. Amma inanıram ki, son dövrlərdə çox şey öyrənmişik və daha da güclənmişik”.
Portuqaliya millisi 1/16 finalda Xorvatiyanı 2:1 hesabı ilə məğlub edərək, növbəti mərhələyə yüksəlib. İspanlar isə Avstriya yığmasını 3:0 hesabı ilə üstələyərək 1/8 finala vəsiqə qazanıb.
Portuqaliya – İspaniya qarşılaşması iyulun 6-da keçiriləcək. Matçın start fiti saat 00:00-da səslənəcək.
Bizi Facebook-da izləyin



