
Skaloni: “Kabo-Verde yığması ilə matçdan əvvəl həyəcan var”
Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının 1/16 finalında Kabo-Verde yığması ilə keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandasının qarşılaşmaya hazır olduğunu söyləyib:
“Komanda oyuna tam hazırdır. Əlbəttə, matçdan əvvəl həyəcan var. Güclü rəqiblə qarşılaşacağıq. Pley-off oyunlarında səhvə yer yoxdur. Kabo-Verde yığması hələ bu dünya çempionatında məğlub olmayıb. Onlar əks-hücumlarda təhlükəlidirlər, yaxşı müdafiə olunurlar və texnikalı futbolçulara malikdirlər”.
Argentina – Kabo-Verde görüşü iyulun 4-də keçiriləcək. Matç saat 02:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



