
Deku “Barselona”nın transfer siyasətini dəyişdirməyə çalışır
“Barselona”nın idman direktoru Deku klubun gələcək transfer siyasətində gənc futbolçulara üstünlük vermək istəyir.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi transfer bazarında fəallıq göstərsə də, bütün hədəflərini reallaşdıra bilmir. Klubun maliyyə çətinliklərini nəzərə alan Deku hesab edir ki, perspektivli gənclərin aşkarlanması istiqamətində iş daha da gücləndirilməlidir. Funksioner “Barselona”nın 16-21 yaş aralığında olan istedadlı futbolçuların tapılması və inkişaf etdirilməsi sahəsində dünyanın ən yaxşı klublarından birinə çevrilməsini istəyir.
“Barselona” ötən mövsüm 94 xal toplayaraq, İspaniya çempionu olub. Hans-Diter Flikin rəhbərlik etdiyi komanda yeni La Liqa mövsümünə evdə “Atletik”lə qarşılaşma ilə start verəcək.
Bizi Facebook-da izləyin



