Xabi Alonso onun “Real”a keçidinə qarşıdır

“Çelsi”nin baş məşqçisi Xabi Alonso komandanın yarımmüdafiəçisi Enzo Fernandesin “Real”a keçməsini istəmir.

Komanda.az xarici KİV-ə istinadən xəbər xəbər verir ki, London komandasına yeni rəhbərlik etməyə başlayan ispaniyalı mütəxəssis, argentinalı futbolçunun “Real”a keçməsinin qarşısını almaq üçün əlindən gələni edir.

Bununla belə, “Çelsi” Fernandesi satacağı təqdirdə, Alonso rəhbərlikdən onun əvəzində “Real”ın yarımmüdafiəçisi Orelyen Tçuameninin transfer edilməsini xahiş edəcək.

25 yaşlı Enzo Fernandes ötən mövsüm bütün turnirlərdə 54 oyunda meydana çıxıb, 15 qol vurub və 7 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button