“Barselona” Kasadoya qiymət qoyub

“Barselona”nın yarımmüdafiəçisi Mark Kasadonun gələcəyi ilə bağlı yeni detallar məlum olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər xəbər verir ki, ispaniyalı futbolçunun meneceri Jorje Mendeş onun transferi üzərində fəal işləyir.

Bildirilir ki, Kasado ilə maraqlanan klublardan biri “Milan”dır. Ancaq bu, yeganə variant deyil. Mendeş 22 yaşlı yarımmüdafiəçinin “Beşiktaş” və Səudiyyə Ərəbistanı klublarından birinə mümkün keçidini də müzakirə edir.

“Barselona” Kasadonun transferi üçün 30 milyon avro tələb edir.

Futbolçu ötən mövsüm bütün turnirlərdə 34 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button