
Ter Ştegen Niderland klubuna keçir
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen karyerasını Niderland çempionatında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Ayaks” almaniyalı qolkiperin transferi üçün Kataloniya klubu ilə danışıqlar aparır. Tərəflərin razılığa gəlməyə yaxın olduğu bildirilir. Gözlənilir ki, Amsterdam təmsilçisi Ter Ştegeni birdəfəlik transfer edəcək.
34 yaşlı qapıçı ötən mövsümün ikinci yarısını icarə əsasında “Jirona”da keçirib və zədə səbəbindən cəmi iki oyunda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



