Qrinvud Səudiyyə Ərəbistanının 3 klubunun təklifini rədd edib

“Marsel”in vingeri Meyson Qrinvud Səudiyyə Ərəbistanı klublarından aldığı sərfəli təklifləri qəbul etməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçunu “Əl-Əhli”, “Əl-Qadisiyyə” və “Əl-Diriyə” heyətinə qatmağa çalışsa da, Qrinvud bütün təklifləri rədd edib.

Hazırda ingiltərəli futbolçu uğrunda mübarizədə “Fənərbaxça” qalıb. İstanbul təmsilçisi Qrinvudla danışıqlar aparır və razılıq əldə etməyə çalışır.

Qrinvud geridə qalan mövsümdə uğurlu çıxışı ilə diqqət çəkib. O, bütün turnirlərdə keçirdiyi 45 oyunda 26 qol vurub, 11 məhsuldar ötürmə verib.

“Transfermarkt” portalı hücumçunun dəyərini 55 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button