
“Arsenal” Tonalinin transferindən vaz keçib
“Arsenal” “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonalinin transferindən imtina edib.
Komanda.az “The Chronicle”-a istinadən xəbər verir ki, “topçular” italiyalı futbolçunun yüksək maaş tələbinə görə “sağsağanlar”la danışıqlara başlamayıb. Bildirilir ki, Tonali “Arsenal”da illik 16,6 milyon avro qazanmaq istəyib. Bundan əlavə, o, klubun agentinə də həmin məbləğin 10 faizini ödəməsini tələb edib.
Hazırda isə 25 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı “Nyukasl”la danışıqları “Tottenhem” davam etdirir. Daha əvvəl londonluların təxminən 116 milyon avro qarşılığında bu keçidi rəsmiləşdirməyə yaxın olduğu bildirilmişdi.
Tonali ötən mövsüm bütün turnirlərdə 53 oyunda meydana çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



