Simeone Alvaresin “Atletiko”da qalmasını istəmir

“Atletiko”nun hücumçusu Xulian Alvaresin Madrid klubundan ayrılması getdikcə daha real görünür.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, baş məşqçi Dieqo Simeone argentinalı futbolçunun komandadan ayrılmaq istəyi ilə bağlı verdiyi açıqlamadan sonra onu heyətdə saxlamaq niyyətində deyil.

Simeone “Atletiko”nun uğuru üçün yüz faiz mübarizə aparmağa hazır olmayan futbolçunun komandada qalmasını istəmir. Argentinalı mütəxəssis həmyerlisini fikrindən daşındırmağa da çalışmayacaq.

Bildirilir ki, Simeonenin mövqeyi qətidir: Futbolçu “Atletiko”da çıxış etmək istəmirsə, o zaman klubdan ayrılmalıdır.

Daha əvvəl yayılan xəbərlərə görə, 26 yaşlı forvard bir neçə top-klubun təklifini geri çevirib. O, karyerasını yalnız “Barselona”da davam etdirmək niyyətindədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button