“Liverpul”a “yox”, PSJ-yə “hə” dedi

“Leyptsiq”in vingeri Yan Diomande karyerasını Fransada davam etdirməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fil Dişi Sahili millisinin üzvü daha sərfəli maliyyə təklifinə baxmayaraq, “Liverpul”u deyil, PSJ-ni seçib. Bildirilir ki, Paris klubunun baş məşqçisi Luis Enrike ilə şəxsi görüş futbolçunun qərarında həlledici rol oynayıb.

PSJ ilə 19 yaşlı oyunçu arasında razılıq əldə olunmaq üzrədir. Ancaq transferin reallaşması üçün “Leyptsiq”lə danışıqlar asan keçməyəcək. Almaniya klubu vingeri üçün 120 milyon avrodan çox təzminat tələb edir.

Buna baxmayaraq, Liqa 1 klubunun rəhbərliyi transferi mümkün qədər tez yekunlaşdırmağa çalışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button