
Qrinvud İtaliya klubundan təklif gözləyir
“Marsel”in hücumçusu Meyson Qrinvud karyerasını hansı komandada davam etdirmək istədiyinə qərar verib.
Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu ilə “Fənərbaxça”, “Əl-Hilal” və “Roma” maraqlanır. Ancaq 24 yaşlı forvardın əsas seçimi İtaliya təmsilçisidir. O, “Roma”dan təklif gözləyir.
“Marsel” Qrinvudun transferi üçün 55 milyon avro tələb edir. Bu məbləğin 40 faizi isə futbolçunun keçmiş klubu “Mançester Yunayted”ə çatacaq.
Gözlənilir ki, “Roma” yaxın vaxtlarda 45-50 milyon avro dəyərində rəsmi təklif göndərəcək. Fransa klubu “Fənərbaxça”nın 35 milyon avroluq təklifini isə artıq geri çevirib.
Qrinvud ötən mövsüm “Marsel”in heyətində keçirdiyi 45 oyunda 26 qol vurub, 11 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



