
Reşford üçün yeni klub axtarılır
İngiltərə millisinin və “Mançester Yunayted”in hücumçusu Markus Reşfordun gələcəyi ilə bağlı yeni iddia ortaya çıxıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” 28 yaşlı forvardı icarə müddəti başa çatdıqdan sonra heyətində saxlamaq niyyətində deyil. Bu səbəbdən, “Mançester Yunayted” futbolçu üçün yeni klub axtarışına başlayıb.
Reşfordun müqaviləsində 40 milyon avro məbləğində satınalma bəndi yer alır. Onun “qırmızı şeytanlar”la müddəti iki il olan müqaviləsi qüvvədədir.
“Mançester Yunayted”in yetirməsi əsas komandada keçirdiyi 426 oyunda 138 qol vurub, 79 məhsuldar ötürmə verib.
İngiltərəli hücumçu 2025/26 mövsümündə “Barselona”nın heyətində 49 matçda meydana çıxıb, 14 qola və eyni sayda məhsuldar ötürməyə imza atıb.
Bizi Facebook-da izləyin



