
Mareska ilə 3 illik müqavilə bağlanacaq
“Mançester Siti” klubu yaxın günlərdə yeni baş məşqçi təyinatını rəsmən açıqlayacaq.
Komanda.az “The Times”-a istinadən xəbər verir ki, “şəhərlilər” komandanın “sükanı arxasına” Enzo Mareskanı gətirir. Tərəflər müddəti 3 il olan müqavilə üzrə razılığa gəlib və bu keçidə görə “Çelsi”yə təxminən 20 milyon avro təzminat ödəniləcək.
Mareska “Mançester Siti”də Pep Qvardiolanı əvəz edəcək. İtaliyalı mütəxəssis daha əvvəl də “şəhərlilər”də çalışıb. Belə ki, o, 2022/23 mövsümündə Qvardiolanın köməkçisi olub.
Mareska son olaraq 2024-cü ilin iyulundan 2026-cı ilin yanvarına qədər “Çelsi”ni çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



