
“Qarabağ” Elvin Cəfərquliyevi da Avstriyaya apardı
Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev “Qarabağ”la birlikdə Avstriyaya təlim-məşq toplanışına yollanıb.
Komanda.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
25 yaşlı cinah müdafiəçisi səfərə yollanan futbolçular arasında yer alıb.
Elvin Cəfərquliyev 2025/2026 mövsümünün sonunda intizam qaydalarını pozduğu üçün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılıb. Ağdam təmsilçisi onu transferə çıxarıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



