
“Barselona” Alvaresin addım atmasını gözləyir
“Barselona” rəhbərliyi “Atletiko”nun hücumçusu Xulian Alvaresin transferində irəliləyiş əldə etmək üçün futbolçunun öz təşəbbüsünü ortaya qoyacağına ümid edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi argentinalı forvardın gələcəyini “Barselona” ilə bağlamaq istədiyini açıq şəkildə nümayiş etdirməsini gözləyir.
26 yaşlı futbolçu bununla bağlı yaxın vaxtlarda açıqlama verə bilər. Hətta bunun dünya çempionatında bu gün Avstriya millisinə qarşı keçiriləcək oyundan sonra baş verməsi də istisna edilmir.
Müxtəlif mənbələr daha əvvəl də “Barselona”nın Alvareslə ciddi maraqlandığını və bu marağın qarşılıqlı olduğunu bildirsələr də, “Atletiko”nun hücumçusu indiyədək bu iddiaları təsdiqləyən hansısa açıqlama verməyib.
Bizi Facebook-da izləyin



