Ranqnikdən Argentina ilə matçdan əvvəl iddialı açıqlama

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik 2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci turunda son dünya çempionu Argentina yığması ilə baş tutacaq oyundan danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər bir nəticənin mümkün olduğunu söyləyib:

“Kimsə çox pul qazanmaq istəyirsə, bizim qələbəmizə mərc edə bilər. Heç-heçə də sürpriz nəticə sayılar. Amma düşünürəm ki, qələbə tamamilə mümkündür. Argentina millisinin heyətində tarixin ən yaxşı futbolçularından biri olan Lionel Messi var. Bundan əlavə, onların hər mövqedə çox güclü oyunçuları var”.

Argentina – Avstriya oyunu bu gün keçiriləcək. Qarşılaşma saat 21:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button