
“Arsenal” ingiltərəli futbolçu üçün danışıqlara başlayır
“Arsenal” “Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocersi transfer etmək niyyətindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular” yaxın həftələrdə Birmingem təmsilçisi ilə ingiltərəli futbolçunun keçidi üçün rəsmi danışıqlara başlamağı planlaşdırır.
London klubunun rəhbərliyi 23 yaşlı futbolçunu heyətə qatmaqda ciddi şəkildə maraqlıdır. Ancaq “Arsenal” bu transferi yalnız münasib maliyyə şərtləri daxilində reallaşdırmaq istəyir. Razılaşmanın baş tutub-tutmaması əsasən “Aston Villa”nın tələb edəcəyi məbləğdən asılı olacaq. Bildirilir ki, Rocersin özü ilə şəxsi müqavilə şərtlərinin razılaşdırılması problem yaratmamalıdır.
“Transfermarkt” portalının məlumatına əsasən, Morqanın bazar dəyəri 90 milyon avro qiymətləndirilir. Oyunçunun “Aston Villa” ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir.
Bizi Facebook-da izləyin



